Priqojinin təyyarəsi raketlə vurulub? – ABŞ-dan qəribə açıqlama

ABŞ rəsmiləri hesab edir ki, “Vaqner” muzdlularının sahibi Yevgeni Priqojinin təyyarəsi, çox güman ki, Rusiya ərazisindən atılan “yer-hava” raketi ilə vurulub.

Bu barədə “Reuters”ə iki ABŞ rəsmisi məlumat verib.

Adının açıqlanmasını istəməyən rəsmilər məlumatın hələlik ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.

“Vaqner”ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]