Ali məktəblərə ixtisas seçimi başa çatdı: qruplar üzrə vəziyyət – SİYAHI

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Aktualtv.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatına görə, ümumilikdə 70299 abituriyent ixtisas seçimi edib. Ən çox ixtisas seçimi edənlər I qrupdadır – 20056 nəfər. Daha sonra III qrupun abituriyentləri gəlir – 18107 nəfər. II qrupda 15130 nəfər, IV qrupda 5348 nəfər, V qrupda 8194 nəfər ixtisas seçimi edib. Xatırladaq ki, bu il I qrup üzrə plan yeri 18386-dir. II qrup üzrə plan yeri 13285, III qrup üzrə plan yeri 16067, IV qrup üzrə plan yeri 4100-dir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]