Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan qətlə yetirilib

1998 və 2001-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib.

Bu barədə Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda qeyd olunub.

Bildirilib ki, sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və Azərbaycan Respublikasının bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar.

“Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirillib. Onlardan sadəcə 17 nəfərinin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Bu isə ciddi insan hüquqları pozuntusudur”, – hesabatda vurğulanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]