Rusiya Makronun Qarabağla bağlı səylərinə sərt cavab verdi

Bakı ilə İrəvan arasında münasibətlərin hər iki ölkənin maraqları nəzərə alınmadan tənzimlənməsinə ümid etmək olmaz. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq aləmdə yeni təşəbbüslə çıxış etmək niyyətində olan Fransa prezidenti Emmanuel Makronun açıqlamalarını belə şərh edib: “Moskva bir tərəfdən Rusiyanın Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan istənilən təşəbbüsləri alqışlayır. Digər tərəfdən, Fransanın bu sahədəki fəaliyyəti bizə yaxşı məlumdur. Vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin mövqeyi nəzərə alınmalıdır. Bunsuz vəziyyətin həllində irəliləyişə ümid etməyə dəyməz”. 

Bundan əvvəl Makron Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. O, Qarabağ münaqişəsinin həlli üçün yeni təşəbbüslə çıxış edəcəyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]