Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb

Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb. 

Bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyanın  dövlət başçısının saytında dərc olunan sərəncamında deyilir.

“Baş nazirin (Nikol Paşinyan) təklifinə əsasən, Konstitusiyanın maddələrinə və diplomatik xidmət haqqında qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılsın.”, – sənəddə deyilir.

Dövlət başçısının digər sərəncamları ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında respublikanın daimi nümayəndəsi təyin edilib.

May ayında Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-ni “səriştəsiz” struktur hesab edərsə, ondan çıxmağa qərar verəcək . O qeyd edib ki, bu halda ölkə öz təhlükəsizlik məsələlərini özü həll edəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]