Məşhur model xərçəngdən əziyyət çəkdiyini etiraf etdi

58 yaşlı italyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xərçəngindən əziyyət çəkdiyini etiraf edib.

O bu barədə “WSJ” jurnalına müsahibəsində danışıb.Yevanqelistada xərçəng ilk dəfə 2018-ci ilin dekabrında aşkarlanıb, ona ikiqat mastektomiya edilib: “Tərəddüd etmədən əməliyyata razılaşdım, çünki hər şeyi arxada qoymaq, yaşamağa davam etmək və xərçəngdən ölməmək istəyirdim”.Ötən ilin iyulunda onda yenidən döş vəzi şişi aşkarlanıb: “Həkimə dedim: “Bütün şişi kəsib götürün. Mən bunun gözəl görünməsini istəmirəm. İstəyirəm ki, hamısını kəsəsiniz. Siz bitirəndə döşümdə dəliyi görmək istəyirəm. Bundan ölməyəcəm”.Ətraflı“Bilirəm ki, bir ayağım qəbirdədir, amma mən tamamilə həyata köklənmişəm”, – deyə Linda əlavə edib.Supermodel deyib ki, onun ağır xəstəlikdən əziyyət çəkməsini yalnız ən yaxın adamları bilib.O, ikiqat mastektomiya əməliyyatından sonra ona döş rekonstruksiyasının edilib-edilmədiyi haqda məlumat verməyib.Qeyd edək ki, bu yaxınlarda Linda “Vogue”un yeni fotosessiyasında iştirak edib, lakin döşünü göstərməyib.

Məşhur model xərçəngdən əziyyət çəkdiyini etiraf etdi

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]