“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı “B” planı var” – Ceyhun Bayramov

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı “B” planı var.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı bildirib. 

Nazir dəhlizin 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaların tərkib hissəsi olduğunu deyib: “2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli bəyanatları əsasında üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Üç ilə yaxındır ki, işlər gedir”.

Bayramovun sözlərinə görə, yekun anda Ermənistan birdən-birə yeni nəsə ortaya qoyur ki, bu da prosesi yenidən dalana aparır: “Azərbaycan “B” planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda o, sadəcə olaraq benefisiarlar siyahısından kənarda qalacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]