Milli Məclisdə Laçın yolundakı vəziyyət müzakirə edildi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclasında Laçın yolundakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib: “Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil”. Sonra çıxış edən komitə üzvləri Elman Məmmədov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Kamal Cəfərov məsələ barədə fikirlərini açıqlayıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]