“Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır” – Baş nazir

Gürcüstan hökumətinin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır.

“Bizim hökumətimizin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır. Coğrafi mövqeyimizin yaratdığı çətinliklərə baxmayaraq, biz Ukraynanı və beynəlxalq ictimaiyyəti tədbirli siyasətimiz və tərəfdaşlarımızla yaxın kordinasiya ilə dəstəkləməklə yanaşı, öz xalqımızı əmin-amanlıqda saxlamağı bacarmışıq. Mənim hökumətim vasitəsilə “Dinc Qonşuluq Təşəbbüsü” (irəli sürülüb). Biz Ermənistandan və Azərbaycandan olan qonşularımız və dostlarımızla Cənubi Qafqaza nəhayət qalıcı sülhün gətirilməsi üçün işləməyə hazırıq”, – Qaribaşvili deyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]