“Şuşaya qayıdış” internet resursları üçün videoçarxların hazırlanması yekunlaşıb

“Şuşaya qayıdış” internet resursları üçün videoçarxların hazırlanması adlı layihənin icrası tamamlanıb

Aktualtv.az xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Layihənin əsas ideyası Şuşaya qayıdış prosesinə ictimai dəstəyin verilməsidir. Belə ki, layihə çərçivəsində Şuşanın tarixi şəxsiyyətləri haqqında iki ədəd videoçarx hazırlanıb. Videoçarxlar şairə Xan qızı Natəvan və Həmidə xanım Cavanşir haqqında çəkilmişdir. Filmdə Natəvan nəslinin nümayəndəsi, şuşalı ziyalılar bu şəxsiyyətlər haqqında öz fikirlərini söyləmiş və gələcəkdə Şuşaya qayıdaraq tarixi şəxsiyyətlərin araşdırılması və onların təbliği ilə bağlı fəaliyyətlərini quracaqlarını bildirmişlər.

Hazırlanmış video çarxlar İnternet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]