Sumqayıtda maşın qatarla toqquşdu

Bu gün saat 13:10 radələrində ADY-yə məxsus lokomotiv 21 boş vaqonla Sumqayıt-Çay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən 50-EX-375 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə toqquşub. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb. ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]