Ermənipərəst Boyer Kərim Benzemaya hücum etdi

Parisdə islamafobiyaya əsaslanan növbəti qalmaqal baş verib. “Qızıl top”un qalibi, Fransa millisinin Əlcəzair əsilli hücumçusu Kərim Benzema fələstinlilərə dəstək verdikdən sonra tənqid və təhdidlərə tuş gəlib. Fələstinə dəstək fonunda Marsel şəhərinin vitse-meri postunu tutan islamofob və ermənipərəst Valeri Boyer məşhur futbolçu Kərim Benzemanı Fransa vətəndaşlığından məhrum etməyi təklif edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

Boyer Benzemanın “Qızıl top”dan məhrum edilməsini istəyib:

“Biz ikili vətəndaşlığı olan dünya şöhrətli fransızın ölkəmizi bu şəkildə biabır, hətta xəyanət etməsini qəbul edə bilmərik. Əgər bu doğrudursa, o zaman Kərimə qarşı sanksiya tətbiq etməyi düşünməliyik”.

O, həmçinin futbolçunun Fransa vətəndaşlığından məhrum edilməsini istəyib.

Fransanın daxili işlər naziri Gerald Darmani də kənarda qalmayaraq Benzemanın guya “Müsəlman Qardaşları” ilə əlaqələrinin olduğunu açıqlayıb.

Qeyd edək ki, futbolçu sosial şəbəkə səhifələrində “Bütün dualarımız haqsız partlayışlarda, nə qadına, nə də uşaqlara aman verilməyən bombaların qurbanı olmuş Qəzza sakinlərinədir” sözlərini yazıb.

Xatırladaq ki, Boyer “artsax” və “miatsum” kimi erməni layihələrinin qızğın tərəfdarıdır. Fransa parlamenti və Senatı tərəfindən qəbul edilmiş “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini məhz o hazırlamışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]