Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Tbilisi prospekti, mərkəz istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.










