Bakıya giriş-çıxışla bağlı Prezidentin köməkçisindən AÇIQLAMA

“Testin etibarlılığı yalnız 70 faizdir, biz risk edərək rayonlara gediş-gəlişi bərpa edə bilmərik”.

AKTUAL TV -nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi  deyib ki, şəhərdən çıxmaq yoluxmanı artırmaq deməkdir: “Biz gərək yoluxmanı lokallaşdıraq, təcrid edək. Biz o zaman zənciri qıracağıq”.

Ş.Mövsümov qazılmış torpaq yolu dolduraraq rayonlara gedənlərin başqa insanların yoluxmasına və həyatını itirməsinə yol aça biləcəyini vurğulyaıb və belə əməllərə yol verənləri tənqid edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]