Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başladı

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Aktualtv.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]