Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- “20 Yanvar” dairəsində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.










