“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

“Google” artıq “WhatsApp” üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

İstifadəçilər “Google One” abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq “WhatsApp”ın ehtiyat nüsxəsini çıxara biləcəklər.

“WhatsApp” illərdir “Android” və “iOS” ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; “iPhone” istifadəçiləri “iCloud” vasitəsilə, “Android” istifadəçiləri isə “Google Disk” vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. “Google” və “WhatsApp” tərəfindən edilən birgə açıqlamada, “Google Drive” ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.

Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər “WhatsApp” məlumatlarının ehtiyat nüsxəsini yalnız “Google” hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. “Google” hesabında yaddaş yerini dolduran istifadəçi ya “Google One” paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]