Nasser vəzifəsindən imtina etdi

Şeyxa Moza bint Nasser (Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin həyat yoldaşı) UNESCO-nun xoşməramlı səfiri vəzifəsini tərk etmək qərarına gəlib.

Onun bu addımı atmasına səbəb UNESCO-nun Qəzza zolağındakı uşaqları xilas etmək və onlara kömək etmək vəzifəsini yerinə yetirə bilməməsidir.

Bildirilib ki, o, bu qərarını İstanbulda keçirilən “Fələstin üçün tək ürək” toplantısında açıqlayıb.

Qeyd edək ki, Şeyxa Moza bint Nasser 2003-cü ildən qlobal təhsilin dəstəklənməsində BMT ilə əməkdaşlıq edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]