Aman Tuleyev vəfat etdi

Rusiya Federasiyasının Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev 80 yaşında vəfat edib.

Bu barədə Kemerovo vilayətinin rəhbəri Sergey Tsivilev bildirib.

“1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi insan, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat edib. Bu, ağır itkidir. Regionumuzun həyatında bütöv bir dövr Aman Qumiroviçlə bağlıdır”, – o qeyd edib.

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]