Sumqayıtda yanğın -VİDEO – YENİLƏNİB

Xəbər verildiyi kimi, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.

FHN-nin yanğınla bağlı yaydığı videonu təqdim edirik:

10:25

Sumqayıtda məişət tullantıları poliqonu yanır.

Bu barədə sosial şəbəkə platformalarında video yayılıb.

Yanğın faktını Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN əməkdaşları hadisə yerindədirlər.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]