Avropa imtina etsə, gürcülər məğlub, Rusiya qalib olacaq – Zurabişvili

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

“Ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtina gürcülər üçün məğlubiyyət, Rusiyanın isə qələbəsi olacaq”. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq radiosu”na müsahibəsində bildirib. O deyib ki, qərar yaxın günlərdə veriləcək. Zurabişvilinin fikrincə, imtina gürcüləri böyük məyusluğa, Rusiyanı isə eyni dərəcədə qane olmağa sövq edəcək. “Belə olsa, Rusiya Gürcüstanın boz zonada qalacağına inanacaq. Rusiya üçün bu, Gürcüstanla “oynamaq olar” deməkdir”, – Zurabişvili əlavə edib. Dekabrın 14-dən 15-dək Avropa İttifaqının sammitində genişlənmə məsələləri müzakirə olunacaq. Nəticələrə əsasən, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu ala bilər. Həmçinin, Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına icazə verilə bilər. Rusiyanın Ukraynaya təcavüzündən sonra Gürcüstan hakimiyyəti həm Rusiya, həm də Qərblə yaxınlaşmağa çalışır. 2023-cü ilin oktyabrında daha çox rusiyayönlü mövqe tutan hakim “Gürcü arzusu” partiyası Zurabişvilini impiçment etməyə cəhd etsə də, buna nail ola bilməyib. Müsahibədə prezident hakim partiyanı demokratiyanı və Gürcüstanın Avropa gələcəyini öldürməkdə ittiham edib. Qeyd edək ki, 2024-cü ildə Gürcüstanda parlament seçkiləri keçirilməlidir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]