Tanınmış həkim əhalini xaşdan uzaq durmağa ÇAĞIRDI – SƏBƏB

“Bilirəm ki, təzəcə start vermiş “xaş sezonu”nda xaş barədə neqativ bir şey demək çoxlarının xoşuna gəlməyəcək. Amma məsləkim gərəyi bəzi nəsnələri söyləmək zorundayam”.

Yenixeber.org xəbər verir ki, bunu tanınmış həkim Səxavət Əlisoy xaş yeməyin zərərlərindən danışarkən deyib.

“Həkim olduğumu ona görə vurğuladım ki, kimsə xaşın insan sağlamlığına pozitiv təsirinə dair nağıl danışmaq qərarına gəlməsin.

Xaşı nə zamandan yeməyə başlamışıq?

Şifahi ədəbiyyatda – dastanlarımızda xaş barədə bir şeyə rast gələn varmı?

Koroğlunun axşam-axşam bir qazan plov yediyi olub, ancaq nə onun, nə deyək ki, Dədə Qorqudun, Məcnunun, Kərəmin, Fərhadın, hətta Qatır Məmmədin belə xaş yeməsi barədə nəsə oxumadım.

Qulaqdan-qulağa çatan və həqiqətə ən yaxın sayılan odur ki, 200-300 il əvvəl xanlarımız və bəylərimiz qoç kəsib kabab edərkən, o qoçun baş-ayağını və içalatını nökər-naib üçün ayırarmış.

Bu xaş da nökər-naibi o qədər tuturmuş ki, həmin gün günorta yeməyi belə yemirlərmiş”, – S.Əlisoy bildirib.


Həkimin sözlərinə görə, sümük sınıqlarında, çatlarında xaş yeməyin faydalı olduğunu iddia edənlər də nağıl danışanlardı:

“Yaponlar xaş yemir, sümük sınığı birləşmir məgər?

Gedin xaşxanaya hər bazar xaşa gələnlərin hamısını aparıb angioqrafiya etdirin və damarların həngaməsini o zaman görün.

Hipertenziyanın (qan təzyiqi) yaranmasında və xolesterinin yüksəlməsində xaşın əlahiddə rolu var.

Hörmətli əhalimizin tanıdığım peşəkar xaş yeyənlərinin heç biri damarları tutulandan sonra xaşa yaxın durmur.

Sübh tezdəndən xaş yeyib üstündən də yarım litr araq içmək tər-təmiz öz orqanizminə düşmənçilik etmək anlamındadır”.

S.Əlisoy bildirib ki, xaşı digər bir parametrə görə də əhalimiz üçün əks-göstəriş saymaq olar:

“Zatən ayıq deyil hörmətli əhalimiz, xaşı yeyəndən sonra yuxusu daha da dərinləşir.

Günümüzün “xanlarının” və “bəylərinin” eynən dəyərli əhalimiz kimi xaş yediyinə inanırsınızmı?

Suala özüm cavab verirəm: Xəzərin ağ balığı, osetrini, ov quşları və ov heyvanlarının kababını yeyənin ağlı yoxdur ki, gedib xaş yesin…

Niyə xaşdan əl çəkmirik? Cavabı kasıblıqdı.

Xaş yüzdəyüz kasıb yeməyidir. Müasir bəylər və xanlar da arabir xaş yeyər. Nədən ki, qanları “kasıblıq virusu”ndan hələ ki tam təmizlənməyib”.

S.Əlisoy sonda əhaliyə tövsiyə edib: “Sağlam olmaq istəyirsinizsə, xaşı ildə 1-2 dəfə dadın. Balıq və quş əti yeyin! Qərar sizindir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]