DYP bu şəxslərə xəbərdarlıq etdi

Dövlət Yol Polisi (DYP) ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır:

“Belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəraitini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]