Belqorod və vilayətin 5 rayonu atəşə tutulub – Yaralılar var

Son 24 saat ərzində Belqorod, Şebekinski və Qrayvoronski şəhər əraziləri, Belqorod vilayətinin Belqorod, Krasnoyaruzski və Volokonovski rayonlarının əraziləri atəşə tutulub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

O, hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu qeyd edib:

“Belqorodda hava hücumundan müdafiə sistemi işə salınıb – 10 hava hədəfi vurulub. İki qurban var: bir nəfərin qolundan, ikincinin ayağının aşağı nahiyəsindən qəlpə yarası var. Onlar xəstəxanaya aparılıb. Atışma nəticəsində 10 çoxmənzilli binanın 92 mənzilinə, bir fərdi evə, dörd təsərrüfat subyektinə, 31 avtomobilə də ziyan dəyib ”, – Qladkov bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]