BMT-nin baş katibi İran və Pakistanı təmkinli olmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

Bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib son vaxtlar İran və Pakistan arasında hər iki tərəfin itkiləri ilə nəticələnən hücum barədə son dərəcə narahatdır. O, hər iki ölkəni daha da gərginliyin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır”, – bəyanatda deyilir.

Bildirilib ki, İran və Pakistan arasında təhlükəsizlik məsələsi suverenlik, ərazi bütövlüyü və mehriban qonşuluq münasibətlərinin prinsiplərinə uyğun olaraq sülh, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri Tehranın analoji hücumundan bir gün sonra İran ərazisinə raket zərbələri endirib. İslamabad bildirib ki, hücumda “anti-Pakistan silahlı qrupları” hədəf alınıb. İran hakimiyyətinin məlumatına görə, Sistan və Bəlucistan əyalətində baş verən partlayışlar nəticəsində 9 nəfər həlak olub.(APA )

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]