QHT Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət etdi

Yanvarın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi 20 Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, hörmətlə xatirələri anılıb. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini nümayiş etdirir. Bu epoxal hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsidir, məhz bundan sonra xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir.

Bu gün bütün şəhidlərimiz kimi, 20 Yanvar şəhidlərinin də ruhu şaddır!

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]