Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?

AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var? Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqeyini gücləndirib.
Bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermənin nəticələri haqda qeyd edib.
O bildirib ki, Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bu səsvermədə iştirakdan imtina edib:
“Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər. Misal üçün, tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib. Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir”.
Qeyd edək ki, 24 yanvarda AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib – 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]