Rusiyadakı prezident seçkilərində 5 namizəd olacaq

Çox güman ki, hazırda qeydə alınmış 4 namizəd Rusiyadakı prezident seçkilərində səsvermə gününə çatacaq və adları bülletenə düşəcək

Bunu Rusiyadan olan siyasi ekspertlər “Ria Novosti”yə bildiriblər.

Bunlar özünün namizədliyini irəli sürmüş Vladimir Putin, həmçinin parlament partiyalarının namizədləri Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankovdur.

Lakin ekspertlər Rusiya kommunistlərinin lideri Sergey Malinkoviçin də bülletenə düşmək şansının olduğunu qeyd ediblər.

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

Hazırda dövlət başçısı postu uğrunda 9 nəfər namizədliyini irəli sürüb. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə 4 namizədi – Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putini qeydə alıb.

Dünən iki nəfər – Rusiya Ümumxalq Birliyi partiyasının sədri Sergey Baburin və İrina Sviridova seçki yarışında iştirakdan imtina ediblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]