Təhsil müəssisələrində psixoloq ştatlarının artırılmasına ehtiyac var

Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac vardır.

Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

O həmçinin qeyd edib ki, narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrində müvafiq şöbələrin yaradılması, narkoloji müalicə müəssisələrindəki sıxlığı və müalicə gözləyən şəxslərin sayının çoxluğu nəzərə alınaraq, belə müəssisələrin sayının artırılması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi üzrə tədbirlər görülməlidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]