Azərbaycanın Ermənistandan tələb etdiyi 4 kənd hansılardır…

Bir neçə gün əvvəl rəsmi Bakı bəyanat yayaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin dərhal azad edilməsini tələb edir. Söhbət Qazax rayonun işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Sözügedən kəndlər eksklav deyil. Eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir.

Belə olan halda Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.

Bir neçə gün əvvəl “Hraparak” qəzetində dərc edilən məqalədə deyilir ki, baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.

Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. “Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, – “Hraparak” yazıb.

Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq. Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək.

Bağanis Ayrım Coğaz çayının sahilində yerləşir. Kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyi üçün xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Kənd 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilib. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb.

İşğal zamanı kəndib 10 sakini həlak olub, 15 nəfər yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı. indi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.

Barxudarlı dağətəyi ərazidə yerləşir. Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Sofulu yaşayış məntəqəsinin adı isə əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.

Kəndlərə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.

Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırılıb. Ümumilikdə 530 nəfər öz evlərini məcburi şəkildə tərk etməli olur. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85%-i Qazax şəhərinin mərkəzində, digərləri isə rayonunun müxtəlif ərazilərində məskunlaşıblar.

Qızıl Hacılı yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 266 nəfər əhali yaşayır. Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarətdir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]