Bu rayonlarda qaz olmayacaq

Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki,  qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov, S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]