Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükələr yaradır! – Paşinyan

Tarixi və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-birinə ciddi təhlükələr yaradır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə  hökumətin 2023-cü il dövlət proqramının icrasına dair çıxışında deyib.

Onun sözlərinə görə, hələ 2022-ci ildə Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əsas amilin diqqətdən kənarda qalması qeydə alınıb və bu, dövlətçiliyimizin qurulmasının ilk illərindən baş verir.

“Bu amil Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Yalnız 2022-ci ilin sentyabr müharibəsindən sonra mən nəhayət və birmənalı olaraq əmin oldum ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin birləşdirilməsi ölkəmizin qısa, orta və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində əlavə və həlledici amil ola bilər. Həmin an siyasi-psixoloji proses başladı, bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”, – deyə baş nazir bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]