İlkinin şikayətinə başqa hakim baxacaq

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

Gəncə Apellyasiya Məhkəməsində 8 aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.

Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.

Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb cəsədini yandırmaqda ittiham olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən həm müdafiə, həm zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.(“Qafqazinfo”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]