İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandanı Həsən Həsənzadə qadınlar üçün sərt geyim qaydaları məsələsi ilə bağlı yeni hüquq-mühafizə strukturunun yaradıldığənı bəyan edib.

Yeni qurumun əməkdaşları qadınların ictimai yerlərdə hicab geyinməsini “daha ​​məsuliyyətli şəkildə” təmin etmək üçün xüsusi təlim keçiblər.

2022-ci ilin sentyabrında İranda düzgün hicab geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan tələbə Məhsa Əminin həbsdə ölməsindən sonra ölkədə kütləvi küçə etirazları başlayıb. Etirazlar bir neçə ay davam edib və son bir neçə onillikdə İranın mühafizəkar rəhbərliyi üçün ən ciddi çağırışlardan birinə çevrilib. Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]