“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

“Jurnalistlər mübahisəli Bodrum Marinanın sahibi olan tanınmış azərbaycanlı oliqarx – Anar Əlizadənin qeyri-qanuni öhdəliklərini araşdırmaqda israrlıdırlar. Davam edən təhqiqat Əlizadənin biznes əlaqələri ilə bağlı qanunsuzluqları və yaxud qeyri-etik davranışları üzə çıxarmağa çalışır”.

Aktualtv.az Gununsesi.info-ya  istinadən xəbər verir ki, bu barədə məşhur  “The-daily” yazıb.

Məqalədə bildirilir ki, bu fəaliyyyətinə görə, Anar Əlizadə son zamanlar Türkiyə xüsusi xidmət orqanlarının diqqətinə düşüb: “Hazırda iş adamı cinayət təqibi altındadır və dələduzluqda ittiham olunur. Əlizadənin nəzarətində olan şirkətlər Avropa ölkələrinə ixrac olunan neftə verilən sertifikatların saxtalaşdırılması ilə məşğul olub. Bir müddət əvvəl Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) Anar Əlizadənin Londondakı maliyyə aktivlərinin mənşəyini araşdırmağa başlayıb”.

“Anar Əlizadəyə qarşı ittihamlar: Vaqner PMC ilə əməkdaşlıq və Rusiya dövləti ilə geniş əlaqələrə aiddir” vurğulayan “The -daily” xatırladır ki, neft maqnatı Anar Əlizadə üsyançı feldmarşal Xəlifə Haftarın təsir dairəsinə qaçaqmalçılıq yolu ilə Liviya neftinin daşınmasında “Vaqner” PMC ilə əməkdaşlıq etməkdə şübhəli bilinir.

Anar Əlizadə Ukrayna müharibəsi başlamazdan əvvəl Londondakı dəbdəbəli malikanəsində məskunlaşdığı halda, son vaxtlar tez-tez Moskvaya gəlir və sanksiyaya məruz qalan Rusiya neftinin daşınması ilə bağlı məxfi missiyalar həyata keçirir.

Bodrum-Yalıkavak marinası Rusiya oliqarx donanması üçün təhlükəsiz sığınacağa çevrildiyini vurğulayan  nəşr xatırladır ki, bir müddət əvvəl media çoxlu rus yaxtasının Qərb hüquq-mühafizə orqanlarından sığındığı Yalıkavak Marinasında qalmaqallı hadisə barədə məlumat vermişdi.

Xatırladaq ki, Bodrum-Yalıkavak marinası dənizdə 450, quruda isə 50 yaxta tutumu ilə Egey və Aralıq dənizlərinin ən qabaqcıl limanlarından biridir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]