“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi layihənin əsas məqsədi Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksək keyfiyyətli çəkilişlə müşayiət olunan sənədli film ərsəyə gətirməkdir.

Filmdə meşələrin yandırılması, flora və faunanın işğal dövründə məhv edilməsi tarixi faktlarla izləyiciyə təqdim olunacaq. Layihə zamanı BMT-nin dayanıqlı İnkişaf Məqsədləri, işğaldan azad olunmuş ərazilərdə bu məqsədlərə nail olunmasında mina təhlükəsinin ən böyük çətinlik olması vurğulanacaqdır. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda basdırılmış minaların insanlarla yanaşı, ətraf aləmə olan mənfi təsirləri də qeyd ediləcək.

Artıq layihə çərçivəsində filmin yaradıcı heyəti ilə görüş keçirilib və filmin ssenarisi müzakirə edilib. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanılması nəzərdə tutulub.

Sənədli filmin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]