IOC Paris-2024-ün mümkün ləğvi ilə bağlı bəyanat yayıb

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadanın ləğvi ilə bağlı şayiələrin yayılmasına münasibət bildirib.

Bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.

“Bu, açıq-aydın Fransaya, IOC-a, onun prezidentinə və Yay Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu, heç bir fakta əsaslanmır. IOC prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimindən başlayaraq, Parisdə təşkil olunacaq möhtəşəm olimpiadanı səbirsizliklə gözləyir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək gerçəkləşəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]