“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik

Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.

Bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:

“Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. “Ferrari” pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]