Vəzifəli şəxs qəzada həlak oldu – Foto

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov “Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]