Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən 2025-ci il martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir.

Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər.

Yeni mövsüm çərçivəsində Bakı hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı Male yeni istiqamətlər sırasındadır, eyni zamanda Aktau, Ciddə, Doha və Küveytə reyslərin sayı artırılıb ki, bu da sərnişinlərə daha çox və rahat səyahət imkanları təqdim edir.

Qış mövsümündə təhlükəsiz və fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə hava limanında kompleks hazırlıq tədbirləri də həyata keçirilib. Qarın təmizlənməsi və kimyəvi reagentlərin yayılması üçün avadanlıqlar tam istifadəyə hazır vəziyyətə gətirilib, uçuş-enmə zolağının, avtomobil yollarının və piyada sahələrinin təmizlənmə tezliyi artırılıb. Pilləkənlər və panduslar sürüşməyə qarşı xüsusi lentlərlə təchiz edilib. Bundan əlavə, yarana biləcək nasazlıqların qarşısını almaq üçün yarımstansiyalar, işıqlandırma sistemləri və dizel generatorlarının diaqnostikası aparılıb.

“Bizim əsas prioritetimiz – sərnişinlərimizin hər mövsümdə ən yüksək rahatlıq və təhlükəsizlik standartları ilə təmin olunmasıdır ki, hər bir səyahət onlar üçün yalnız asan və rahat başlamasın, eyni zamanda təcrübələri xoş və yaddaqalan olsun,” – deyə aeroportun direktoru Teymur Həsənov bildirib.

Sərnişinlərə reyslər barədə ən son məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləmək və gözləmə vaxtını minimuma endirmək üçün mövcud onlayn xidmətlərdən faydalanmaq tövsiyə olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]