Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə atəşkəs yaradan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı hansı situasiyada imzalamasından danışıb.

Modern.az-ın məlumatına görə, noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş naziri Nikol Paşinyan deyib:

“9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam”.

Paşinyanın fikricə, o, düzgün yol seçib.

“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa bir sual budur ki, mən bunu niyə etdim?”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanat 9 bənddən ibarətdir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]