Heç vaxt bu silaha əl atılmamışdı, Putin isə əmr verdi!

Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynada müharibənin son eskalasiyasıdır.

Bu barədə CNN nəşri yazıb.

Nəşr sözügedən ballistik raketdən istifadəni Moskvanın Qərblə münaqişəsində həlledici və potensial təhlükəli məqam hesab edib.

Bildirilir ki, Soyuq müharibədən bu yana heç vaxt bu cür silahdan düşməni vurmaq üçün istifadə edilməyib.

Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bildirib ki, ilk dəfədir “Oreşnik” kimi raketdən döyüşdə istifadə edilir. O, ən yaxşı hava hücumundan müdafiə sisteminin belə bu raketlərin qarşısını almaqda aciz olduğunu vurğulayıb.

“Eyni zamanda, dünya getdikcə bu tip raketlərin sınaqdan keçirilməsindən danışır – xüsusən də Hindistan, Çin, Şimali Koreya, Pakistan və hətta Böyük Britaniya.

Ekspertlər qeyd edirlər ki, bir sıra ölkələrin arsenalında döyüş başlıqlarının sayının artırılması böhran vəziyyətlərində sabitliyi kəskin şəkildə azaldacaq”, – nəşr vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]