Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:

“Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb”.

M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:

“İndiyədək hansısa xoşagəlməz halla rastlaşmamışıq”.

MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:

“Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]