Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb.

Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib.

V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə naziri Andrey Taran vəzifəsindən azad edilib.

Bundan əlavə, Ukraynanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yevgeniya Filipenko da işdən çıxarılıb. Onun yerinə Yevgeni Tsimbalyuk təyin edilib. Həmçinin Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Emine Caparovanın Vyanadakı beynəlxalq təşkilatlarda Ukrayna nümayəndəsi təyin edilməsi haqqında reallaşmamış fərman da ləğv edilib.

Məlumata görə, Sloveniya, Macarıstan, Konqo, Filippində yeni səfirlər təyin edilib, həmçinin Ruanda və Litvadakı diplomatik missiyaların rəhbərləri dəyişdirilib. Ukraynanın İndoneziyadakı səfiri işdən azad edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]