Qaşımın Parisdə qazandığı medal keyfiyyətsiz çıxdı

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar. Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.

Problem Azərbaycan idmançılarından da yan keçməyib.

Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.

O, medalının keyfiyyətini itirdiyini bildirib: “Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Medalıma həmişə həssas yanaşmışam. Amma mən də bir çox idmançı kimi pis keyfiyyətlə qarşılaşdım”.

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlanılıb.

Qurumdan sayta bildirilib ki, hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]