Qazaxıstanda quş sürüsü ilə toqquşan təyyarə uçuşu davam etdirib

Uralsk hava limanında təyyarə quş sürüsü ilə toqquşub, lakin Astanaya doğru marşrutunu davam etdirib.

Bu barədə “Air Astana”nın mətbuat xidməti məlumat yayıb.

“2025-ci il yanvarın 25-də “FlyArystan” aviaşirkətinin Uralsk-Astana marşrutu üzrə FS 7366 saylı reysinin uçuşu zamanı Uralsk şəhərinin hava limanında quş sürüsü ilə toqquşma baş verib. Təyyarənin sistem və mühərriklərinin işində problem olmadığı üçün ekipaj uçuşu davam etdirib və Astana şəhərinin hava limanında normal qaydada eniş edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, artıq təyinat məntəqəsində təyyarədə çoxsaylı zədələr, o cümlədən mühərrikin içərisində quş qalıqları aşkar edilib.

“Bu nümunələr Uralsk hava limanında oxşar hadisələrin qarşısını almaq məqsədilə quşların növünü müəyyən etmək üçün DNT testinə göndəriləcək”, – mətbuat xidməti vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]