Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildilib.

Səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.
Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.Foto

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]