Britaniya Ukraynaya qoşun göndərməyə HAZIRDIR – RƏSMİ

Britaniyanın baş naziri Keir Starmer ölkəsinin lazım gələrsə, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib.

Bu barədə o, “Telegraph” qəzetindəki məqaləsində bildirib.

Starmer Britaniya qoşunlarının təhlükəsizliyi ilə bağlı məsuliyyəti dərk etdiyini, lakin Ukraynaya yardımın Avropanın və Britaniyanın özünün təhlükəsizliyini təmin edəcəyinə inandığını qeyd edib.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, həm də lazım gələrsə, qoşunlarımızı ölkə ərazisinə daxil etməklə Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməyə hazır olmaq və istəyi deməkdir”, – o yazıb.

Starmer əlavə edib ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu görüşdə o, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır.

Məqalədə o qeyd edir ki, Tramp Avropanın təhlükəsizlik xərclərini artırmalı və NATO-da daha böyük rol almalı olduğunu söylədikdə haqlıdır. “Biz öz müdafiəmizə ciddi yanaşdığımızı göstərməliyik”, – Starmer bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]