Avropa “müşahidəçi”ləri Zəngilanla sərhəddə – Rəsmi Bakı diqqətlə İZLƏYİR

Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist “sərhəd missiyası” bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb.

Bir qrup müşahidəçi binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi təxribatçı “müşahidə missiyası”nın fəaliyyətini, hər addımını diqqətlə izləyir.

Xatırladaq ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında Azərbaycanla razılaşdırılmadan yenidən uzadılıb.

Rəsmi Bakı Avropa İttifaqının müşahidəçiləri ilə bağlı dəfələrlə narazılığını bildirib, qrupun şərti sərhəddə Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında hələ də razılaşdırılmayan müddəalardan biri sərhəddəki üçüncü qüvvələrin çıxarılması ilə bağlıdır. Prezident İlham Əliyev yanvar ayında bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.

“Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.(Modern.az)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]