Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib

Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.

Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. 

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]